adalet.az header logo
  • Bakı 16°C
12 Iyun 2018 17:52
12655
MƏMLƏKƏT
A- A+

Rövşən Rzayev köçkünlər üçün növbəti qəbul keçirdi

İyunun 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünləri qəbul edib. Qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Adalet.az xəbər verir ki, məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil problemi, kommunal xidmətlər, statusun verilməsi, işəgötürmə ilə bağlı olub. Vətəndaşlar ayrı-ayrılıqda dinlənilib, müraciətləri qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verib.