adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Iyun 2018 17:03
13518
MƏMLƏKƏT
A- A+

Metropolitendən qatar yolunda şəkil çəkilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA: Kino çəkirlər...

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metronun "Nərimanov" stansiyasında gənc xanımın qatar yolunda şəkil çəkdirərək paylaşmasına münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hadisə film çəkilişi zamanı baş verib: ""Addım" gənclər təşkilatının müraciəti və "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin rəsmi icazəsi əsasında "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarında "Qaynana" filminin çəkilişləri aparılıb. Fotokadrlar həmin çəkiliş qrupunun üzvlərindən birinindir".

B.Məmmədov qeyd edib ki, çəkiliş gecə saatlarında təmas relsindən gərginlik çıxarıldıqdan sonra aparılıb. Film iştirakçıları hər hansı bir təhlükə ilə üz-üzə olmayıb və çəkiliş normal şəraitdə başa çatıb