adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Iyun 2018 16:46
19378
ELM VƏ TƏHSİL
A- A+

Aqil Abbasdan sərt sözlər: "1-ci sinifə gedən uşaqları ştanqist yetişdirirlər?"

"Desəm öldürməyəcəklər, deməsəm də biraz pis oluram. Biz vaxtilə mənfur Sovet sistemində oxumuşuq. Həmin sistemdən Xudu Məmmədov, məşhur fizik Arif Babayev kimi alimlərimiz çıxıb. Mən müğənni Arif Babayevi demirəm haa. Həmin sistemdən təhsil alan belə bir nə qədər adam adı çəkərəm”.

Moderator.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında”qanuna dəyişikliyin müzakirəsi zamanl deputat Aqil Abbas deyib.

O bildirib ki, bir neçə il bundan öncə Boloniya sisteminə keçirildi. "Bu təhsil sisteminin o qədər başına oyun açırlar ki, özləri də bilmirlər. Oyun gedir və hələ də gedəcək”.

Aqil Abbas deyib ki, əvvəllər dərslər sentyabrın 1- i başlayıb, mayın axırında bitirdi.

"Bu da cəhənnəmə olsun. Dərslərin 15 iyunda başa çatması nə deməkdi? Məktəbdə bu uşaqları niyə süründürürlər? Bu nə deməkdir? İsa müəllim (İsa Həbibbəyli-red) bundan danışın e. Bu gün hər kəs deyir ki, 1-ci sinifə gedən uşağın çantasının çəkisi 7 kq-dır. Ştanqist yetişdirirlər? 15 sentyabrı başa düşdük. 15 iyun nə deməkdir? Çox xahiş edirəm ki, bu məsələni qaldırsınlar. Bir də bu 7 kq-lıq çanta məsələsinə baxılsın.

Ona görə uşaq məktəbə gedəndə ata-anası onu aparır. Bildiyimiz kimi, yeni təhsil naziri təyin olunub. Təzə nazir də gəlib deyəcək ki, dərslər iyunun 30-na qədər olsun. Xahiş edirəm, bu qaldırdığım məsələlərə baxılsın”.