warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Lavrovdan İrəvana sərt xəbərdarlıq: Münasibətlər korlana bilər Adalet.az | Lavrovdan İrəvana sərt xəbərdarlıq: Münasibətlər korlana bilər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Lavrovdan İrəvana sərt xəbərdarlıq: Münasibətlər korlana bilər

9598    |   2018-06-12 16:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya ilə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqləri, xüsusən də İrəvan arasında gərginliyə səbəb olan ciddi mübahisəli vəziyyət yaranıb.

Adalet.az "Kommersant”a istinadən bildirir ki, Moskva KTMT-yə üzv dövlətin ərazisində, o cümlədən Ermənistanda ABŞ laboratoriyalarının yerləşdirilməsindən hədsiz narazıdır.

"Kommersant”ın yazıdığına görə, Rusiya XİN-in rəhbəri Sergey Lavrov Alma-Atada keçirilən KTMT xarici işlər nazirləri toplantısında bu məsələni qaldırıb. Lavrov Ermənistan və Qazaxıstan ərazisindəki ABŞ-ın maliyyə dəstəyilə açılan və fəaliyyət göstərən laboratoriyaların Rusiyanı narahat etdiyini bildirib.

Belə laboratoriyalar Ukrayna və Gürcüstanda da var. Qeyd olunur ki, Rusiyanın xüsusi xidmət orqanları və alimləri Amerikanın nəzarətində olan bu cür laboratoriyaların postsovet məkanında yaradılması və yayılmasından narahatdırlar. Çünki həmin laboratoriyalar sonda hansısa yolla Rusiyaya qarşı istifadə oluna bilər.

Laboratoriyaların Qərbi Avropa ölkələrində yox, nədənsə Rusiyanın yaxın ətrafında – inqilab və dövlət çevirişlərinin baş verdiyi və onun əsas müttəfiqləri olan postsovet dövlətlərində yerləşdirilməsi suallar doğurur.

"Kommersant” yazır ki, Moskva həmin laboratoriyalara giriş əldə etmək istəyir. Hətta bioloji tədqiqatlar sahəsində əməkdaşlıqla bağlı İrəvanla ayrıca sənədin imzalanması da müzakirə olunur. Moskva hesab edir ki, bu, rus mütəxəssislərinə Ermənistandakı ABŞ laboratoriyalarına girişi təmin edəcək. Çünki ABŞ laboratoriyaları heç də bəyan etdikləri məqsəd və vəzifələrə - Ermənistanda epidemioloji təhlükəsizliyin yüksəldilməsinə xidmət etmir.

Moskvanın İrəvanla bağlı narahatlığı anlaşılandır. Bundan öncə "Kommersant” yazmışdı ki, Ermənistan baş naziri Nikol Paşinyan ən vacib postlardan biri – müdafiə naziri vəzifəsinə 2004-2007-ci illərdə Ermənistan silahlı qüvvələrinin NATO-dakı nümayəndəsi, konkret olaraq, NATO və ABŞ kəşfiyyatına işləmiş David Tonoyanı təyin edib. Sübut olunub ki, Tonoyan Ermənistanda Amerikaya məxsus biolaboratoriyalar şəbəkəsinin yaradılması üzrə layihənin koordinatorudur. Və artıq Gürcüstan və Ukraynada "uğurlu” fəaliyyət göstərən belə laboratoriyalar epidemioloji tədqiqatlar yox, bioloji silah yaradılması üzərində işləyir. Rusiya üçünsə bu, müttəfiqinin potensial təhdid mənbəyi olması deməkdir.(azvision.az) 




İmza:

XİN ABŞ vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Vitse-spiker: Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb

Siyavuş Novruzov: "Ermənistan özünü müstəqil dövlət elan etsə də..."

Bahar Muradova: Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik

Milli Məclis rəhbərliyi ilə hakim YAP Gənclər Birliyinin üzvlərinin görüşü başlayıb

Baş nazirin müavini: “Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir”

Deputat: "Amnesty İnternational" həmişə olduğu kimi bu dəfə də heç nəyə nail ola bilməyəcək

Tahir Rzayev: İndiki məqamda mitinq lazımdırmı? - Yox!

İtaliya prezidenti İlham Əliyevi təbrik etdi

Rusiya XİN-dən Dağlıq Qarabağla bağlı AÇIQLAMA

“Bizdəki sürət qatarıdır” - Cavid Qurbanov

İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİB

SON XƏBƏRLƏR
2019-05-25
2019-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK