"Azərbaycan İnciləriı” layihəsinin mətbuat xidməti rəhbərinin Adalet.az-a verdiyi məlumata görə, Nicat Müslümovun rəhbəri olduğu sosial şəbəkələrdə "Azərbaycan İnciləriı” adlı layihəsi və Qərb Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Fuad Heydərlinin rəhbərlik etdiyi gənclər komandasi dəstək olacaq.

Gənc təşəbbüskar qeyd edib ki, layihə bütün tələbə gənclər üçün azad və könüllülük prinsipləri əsasında fəaliyyət göstərir. Əsa məqsəd Azərbaycan musiqisinin, o cümlədən muğamının, onun tarix və ənənələrinin dəqiq faktiki məlumatlarla müasir gəncliyə çatdırılmasıdır.

"Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və muğam sevərləri dəstək üçün bir araya gətirmək, sülhə, əməkdaşlığa, dostluğa xidmət edən möhtəşəm milli muğamı Azərbaycanda təbliğ etmək və tövhə verməkdir.

Layihənin bir neçə gündür başlamasına baxmayaraq, sosial şəbəkədə yaradılan qrupun izləyici sayı artıq 1300-u keçib. Hazırda səhifədə keçmiş və indiki muğam ustadları, şairlər, ədiblər haqqında paylaşımlar edilir və gəncliyin daha da marifləndirilməsi üzrə iş aparılır”, - məlumatda vurğulanır.

Qeyd edək ki, layihə rəhbərinin müavini Fuad Heydərlidir.