ANA SƏHİFƏ / MARAQLI

Təbiətin bu qanunlarını pozsanız...

5860    |   2018-06-12 15:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... həyatınız yolunda getməyəcək. Cümləmizi tamamladıqdan sonra keçək mətləbə... Hər kəs həyatında hər şeyin yolunda getməsini istər – sevdiyi işi, maaşı, yanında əziz insanları, sağlam səhhəti və s. Amma istəməklə olurmu? Olur əlbəttə, sadəcə istəmək işin yarısıdır, əmələ də keçmək lazımdır. Bir şeyi unutmaq olmaz ki, təbiət bir güzgüdür, ona nəyi tutacaqsansa, o da onu əks etdirəcək. Öncədən Ali Qüvvə tərəfindən proqramlaşdırılmış təbiət öz qanunları ilə işləyir və təbiətdə mövcud olan bütün canlılar və onun əşrəfi sayılan insan bu qanunlara tabe olmalıdır. Necə ki, qonaq qaldığımız evdə həmin evin və sahibinin qaydalarına əməl etməli oluruq, olmasaq o qapı bir də üzümüzə açılmaz. Nəzərə alsaq ki, biz də bu dünyada qonağıq, deməli "evin” və "ev sahibi”nin qanunlarına boyun əyməliyik ki, hər şey yolunda getsin. Bu qanunla hansılardır? Teleaparıcılar demiş: "Ekrana yaxın əyləşin”.

* Yenilik istəyirsinizsə, köhnələrdən azad olun

Əgər birotaqlı, şəraitsiz evdə yaşamaq, ömrü tənha başa vurmaq sizə xoşdursa, o başqa. Yox naxoşdursa, köhnələrdən azad olun. İtalyanlar boşuna hər il köhnələri balkondan tolazlamırlar. İndi biz balkonun altından keçənləri nəzərə alsaq da, ən azından özümüzü də düşünməliyik. Köhnələrə şkafda yığılıb qalmış illərin paltarlarından tutmuş, yanınızda arzulanmaz adamlara qədər keçərlidir. Təbii, dostun köhnəsi daha etibarlıdır, amma sevgilinin köhnəsi və zayı xəyallara sığışmır. Ağ atlı şahzadə və ya arzuların qadını yanınızdakı, hər gün didişdiyiniz sevgilini görcək, yan keçər. Yeniyə yer açmaq lazımdır.

* Təbiətdən israrla istəyin

Bəzən insan nəyisə dua edib tanrıdan istəyəndə "heç olmasa” və ya buna bənzər azlıq bildirən ifadələrlə arzu və tələblərini kiçildirlər. İstəməkdən qorxmayın. Əgər bunu öz haqqınız hesab edirsinizsə və bu yolda zəhmət çəkirsinizsə, tanrı bu böyük arzunuzu təkəbbür, gözüdoymazlıq kimi qəbul etməz. Mən tanrının sözçüsü deyiləm, amma bunu həm ilahiyyatçılar həm də psixoloqlar təsdiqləyirlər. Düz yolundan sarpmayan, arzuları yönündə zəhmət çəkən hər kəsin tanrıdan tələb etməyə haqqı var. Qərarsızlıq, qorxu, tənbəllik təbiətin sevmədiyi cəhətlərdir.

* Xəyallarınızı səhnələşdirin

Gələcəkdə özünüzü necə görmək istəyirsinizsə, bunu gözünüz önündə canlandırın, həm də tez-tez edin ki, təbiət də mesajı alsın, beyin də bunu mənimsəsin. Məsələn, məşhur aktyor olmaz istəyirsinizsə, böyük səhnədə necə çıxış etdiyinizi həm gözünüz önünə gətirin, həm də boş məkanda, lap elə yaxın adamların yanında səhnəyə çıxırmış kimi hərəkət edin, nitq söyləyin. Fikir vermisinizsə, dünyanın hər tərəfindən olan məşhurlar öz keçmişi haqqında danışanda bunu dəfələrlə etdiklərini gizlətmirlər. Məşhur aktyorlar, müğənnilər, jurnalistlər necə qonum-qonşunun qabağında şou göstərdiklərini, özlərini buna hazırladıqlarını etiraf edirlər.

* Təslim olmayın

Arzulara gedən yol hamar deyil. Kələ-kötür yollarda yıxıla, əzilə bilərsiniz. Bəzən heç qalxmağa əl də uzanmaz. Özünüz qalxmağı, qanınız axa-axa yola davam etməyi öyrənin. Yarı yoldan əsla geri dönməyin. Tanrı dönükləri sevmir. Təbiət güclülərin arxasındadır. Yoruldunuzsa, dincəlin, bir kənara çəkilin. Özünüzü toplayandan sonra yenidən yola davam edin.

* Minnətdar olun

Bax, burda daim bir-birini qıran din və elm adamlarının fikirləri üst-üstə düşür. Hər iki tərəf yekdilliklə təsdiqləyir: şükr edin, minnətdar olun. Allahın verdiyi hər şeyə, hətta ən azına şükr edin ki, davamı gəlsin, həm də bir insan olaraq etimadınızı sübut edin. Elm adamları da təbiətə minnətdarlığı vacib sayır. Unutmayın ki, şeytan daim vəsvəsədədir. O naşükürlərin sayəsində mövcudiyyətini min illərdir sürdürür. Şeytanı sevindirməyin, tanrını verən əlini özünüzdən uzaqlaşdırmayın.

Şəfiqə ŞƏFA




İmza:
SON XƏBƏRLƏR
2018-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK