adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Iyun 2018 14:57
26381
ƏDƏBİYYAT
A- A+

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti azərbaycanlı yazıçı Yunus Oğuzu mükafatlandırdı

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Adalet.az-a verilən məlumata görə azərbaycanlı yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.

Bununla əlaqədar Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan Mədəniyyət Mərkəzinə məktub ünvanlayıb.

Fəxri Fərmanda qeyd olunur ki, iki ölkə arasında ədəbi əlaqələrin dərinləşməsi, özbək tarixinin, ədəbiyyatının fəal təbliği, habelə xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhvələrinə görə azərbaycanlı yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-AzərbaycanDostluq Cəmiyyətin Fəxri Fərmanı ilə təltif olunub.

Qeyd edək ki, Fəxri Fərmanı Dostluq Cəmiyyətinin sədri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov imzalayıb.

Ötən müddət ərzində Yunus Oğuzun "Əmir Teymur", "Sultan Alp Arslan", "Şah arvadı və Cadugər", "Atabəy Eldəgiz" əsərləri özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunub, hazırda yazıçının aprel hadisələri haqqında "Ovçu" əsərinin özbək dilinə çevrilməsi üzərində iş gedir.

Yazıçının kitablarının dəfələrlə Özbəkistanda - Daşkənd, Səmərqənd və Kokandda təqdimatları keçirilib.

Yunus Oğuzun "Əmir Teymur" əsəri Özbəkistanda böyük rezonans yaradıb və xalq arasında geniş yayılıb. Yazıçının əsərləri Özbəkistanda ən çox satılan nəşr kimi geniş tirajlanır.