Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti azərbaycanlı yazıçı Yunus Oğuzu mükafatlandırdı Adalet.az | Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti azərbaycanlı yazıçı Yunus Oğuzu mükafatlandırdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti azərbaycanlı yazıçı Yunus Oğuzu mükafatlandırdı

9539    |   2018-06-12 14:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Adalet.az-a verilən məlumata görə azərbaycanlı yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.

Bununla əlaqədar Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan Mədəniyyət Mərkəzinə məktub ünvanlayıb.

Fəxri Fərmanda qeyd olunur ki, iki ölkə arasında ədəbi əlaqələrin dərinləşməsi, özbək tarixinin, ədəbiyyatının fəal təbliği, habelə xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhvələrinə görə azərbaycanlı yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-AzərbaycanDostluq Cəmiyyətin Fəxri Fərmanı ilə təltif olunub.

Qeyd edək ki, Fəxri Fərmanı Dostluq Cəmiyyətinin sədri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov imzalayıb.

Ötən müddət ərzində Yunus Oğuzun "Əmir Teymur", "Sultan Alp Arslan", "Şah arvadı və Cadugər", "Atabəy Eldəgiz" əsərləri özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunub, hazırda yazıçının aprel hadisələri haqqında "Ovçu" əsərinin özbək dilinə çevrilməsi üzərində iş gedir.

Yazıçının kitablarının dəfələrlə Özbəkistanda - Daşkənd, Səmərqənd və Kokandda təqdimatları keçirilib.

Yunus Oğuzun "Əmir Teymur" əsəri Özbəkistanda böyük rezonans yaradıb və xalq arasında geniş yayılıb. Yazıçının əsərləri Özbəkistanda ən çox satılan nəşr kimi geniş tirajlanır.




İmza:
SON XƏBƏRLƏR
2019-01-23
2019-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK