adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Iyun 2018 12:50
19365
ELM VƏ TƏHSİL
A- A+

225 azərbaycanlı xaricdə təhsil almaq hüququ QAZANDI

2017-2018-ci tədris ilində 225 Azərbaycan vətəndaşı hökümətlərarası müqavilələr çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb.

Adalet.az-ın məlumatına görə,Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, 2017-2018-ci tədris ilində hökumətlərarası müqavilələr çərçivəsində 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb.

2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi iləTəhsil Nazirliyi tərəfindən seçimlər aparılıb, 250-ə yaxın Azərbaycan Respublikası vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib.