adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Iyun 2018 12:10
9701
SİYASƏT
A- A+

Növbədənkənar iclas başladı – 1 məsələ gündəlikdən çıxarıldı

Milli Məclisin növbədənkənar iclası başlayıb.

Adalet.az-ın məlumatına görə, iclasa sədrliyi Milli Məclisin spikeri Oqtay Əsədov edir. Spiker növbədənkənar iclası açıq elan edib. Daha sonra isə Dövlət Himni səsləndirilib.

Spiker bildirib ki, iclasın gündəliyindən 1 məsələ çıxarılıb. Bununla da iclasın gündəliyinə daxil edilən məsələlərin sayı 22-yə düşüb.

Qeyd edək ki, Azərbaycanda avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumu artırılmasını nəzərdə tutan qanun layihəsi gündəlikdən çıxarılıb.