adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Iyun 2018 12:32
26524
MƏMLƏKƏT
A- A+

Nə istəsə balalar , yerinə yetsin arzular!

Azərbaycan uşaq yazıçılarından biri olan, "Gülzar nənə " kimi tanınan Gülzar İbrahimova Kaspi liseyinin Bakıxanov filialında II sinif şagirdləri ilə görüşmüşdür .Liseydə şagirdlərin dünyagörüşünü artırmaq məqsədilə il ərzində hər gün oxu dəqiqələri və müxtəlif kitab oxuma yarışları təşkil edilir . Bu müddət ərzində şagirdlər Gülzar İbrahimovanın kitablarını oxumuş , səsli nağıllarını dinləmişlər . Müəllimlər uşaqların kitab oxumaq marağını artırmaq məqsədilə onları müəlliflə görüşdürmək qərarına gəlmişlər . Şagirdlər böyük həyəcanla Gülzar nənənin yolunu gözləmiş və bu görüşə hazırlaşmışdılar .

Şagirdlər müəllifi onun "Sülh nəğməsi” şeirinə yazılmış mahnıya hazırladıqları kompazisiya ilə qarşıladılar . Liseyin direktor müavinləri qonağı xoş sözlərlə salamlayaraq görüşü açdılar . İlk öncə şagirdlər hazırladıqları kiçik proqramla Gülzar nənə qarşısında çıxış etdilər . Onlar müəllifin nağıllarını səhnələşdirdilər, müxtəlif tapmacalarını və "Sülh nəğməsi” şeirini təqdim etdilər. Gülzar xanım iştirakçılara gözəl çıxışları üçün hədiyyələr verdi . Daha sonra yazıçı şagirdlər arasında " Müdrik kəlamlar” adlı müsabiqə keçirdi , həmçinin müxtəlif suallar verərək şagirdləri maraqlı söhbətə cəlb etdi . Qalib olan şagirdlər mükafatlandırıldı.Gülzar nənə şagirdlərin onun demək olar ki , bütün yaradıcılığı ilə tanış olduqlarını və onların hazırcavablığına heyran qaldığını bildirdi . Daha sonra o uşaqlar üçün "Yaz çiçəkləri” , " Sülh dünyası” , "Dünya bizə nağıl danışır” , " "Uşaqlıq və mən” , "Hörümçək” və başqa yeni şeirlərini oxudu . Yazıçı yaradıcılığındakı yeniliklərdən danışarkən üzərində işlədiyi təbiətin, xüsusən də, quşların qorunması haqqında olan nağıldan məlumat verdi . Uşaqlar bu nağılı böyük səbrsizliklə gözlədiklərini bildirdilər. Müəlliflə söhbət uşaqlara o qədər xoş gəlirdi ki , onlar böyük maraqla onu dinləyir və Gülzar nənənin başına yığışaraq çoxlu suallar verirdilər . Gülzar nənə isə bu sualları səbrlə cavablandırırdı. Hətta görüşü izləmək üçün qonaq qismində dəvət olunan birincilər də söhbətə qoşularaq öz hədiyyələrini aldılar . Bir sözlə , Gülzar İbrahimova şagirdlərə doğma nənələri kimi yaxın oldu . Sonda isə Gülzar İbrahimova Kaspi liseyinin ikincilərinin müəllifin nağıl və hekayələrinə çəkdikləri illüstrasiyalardan ibarət sərgiyə tamaşa etdi . Bu onun böyük marağına səbəb oldu. "Yaradıcılığıma bu qədər illüstrasiya çəkildiyini ilk dəfədir görürəm” – deyərək sevincini bildirdi Şagirdlərdən biri yazıçının "Ən xoşbəxt quş” nağılına çəkdiyi rəsm əsərini Gülzar xanıma hədiyyə etdi 


Görüşün sonunda təşkilatçı müəllimlər Gülzar İbarhimovaya vaxt ayırıb gəldiyi üçün dərin təşəkkürlərini bildirdilər .Gülzar xanım isə şagirdlərlə çox maraqlı vaxt keçirdiyini və belə görüşlərə hər zaman hazır olduğunu söylədi.

Görüş çox maraqlı keçdi .Hər kəs bu görüşdən xoş təəssüratlarla ayrıldı .