adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Iyun 2018 11:54
7066
HADİSƏ
A- A+

3 nəfərin öldüyü qəza ilə bağlı rəsmi məlumat

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda baş vermiş yol qəzası haqqında məlumat yayıb.

FHN-dən Adalet.az-a verilən məlumatda görə, Bakının Qaradağ rayonunda VAZ markalı minik avtomobili və "KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qeud edək ki, Qaradağ rayonu ərazisində, Sahil yolunda "Kamaz”markalı yük maşını "VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerindəcə ölüb.