adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Iyun 2018 11:38
16037
KRİMİNAL
A- A+

82 kiloqram narkotik məhv edilib

Şəki sakinlərindən biri Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kollarının olduğu barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən xəbərə görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin əraziyə baxış keçirib. Oradan ümumi çəkisi 82 kiloqram olan 4311 ədəd çətənə kolu aşkar edilib və yandırılaraq məhv edilib.