adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Iyun 2018 10:38
6286
HADİSƏ
A- A+

Siyəzəndə ana doğuşdan sonra ölüb

Siyəzən rayonunda doğuşdan sonra ölüm faktı qeydə alınıb.

Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova AzVision.az-a bildirib ki, hamilə Aytən Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzində keysəriyyə əməliyyatı olunub.

"Əməliyyat fəsadsız keçib. Əməliyyatdan sonra reanimatik müşahidədə olan zaman ana ağrıkəsici vurulmasını xahiş edib. Ağrıkəsici vurulandan sonra qadın ona reaksiya verib və vəfat edib. İlkin rəy budur. Meyit təşrih olunandan sonra komissiyada işə baxılacaq və dəqiq məlumat vermək mümkün olacaq”, - deyə direktor vurğulayıb.

S.Məmmədova qadının ikinci hamiləliyi olduğunu bildirib.