adalet.az header logo
  • Bakı 20°C
12 Iyun 2018 10:25
7670
HADİSƏ
A- A+

Meşədə çətənə kolları aşkarlandı

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ağstafa rayonunun Sadıxlı kəndinin arxa hüdudunda "Qarayazı” dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km aralıda aşkarlanmış sahədə aqrotexniki qulluq olunmamış, hündürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyənləşib.

DSX-in mətbuat mərkəzindən Adalet.az-a bildirilib ki, qeyd olunan çətənə kolları yerli icra nümayəndəliyi, meşə təsərrüfatı, Ağstafa rayonunun polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib.