ANA SƏHİFƏ / DÜNYA

Rus general: “ABŞ Suriyada kimyəvi təxribat hazırlayır”

12642    |   2018-06-11 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın iştirakı ilə Suriyadakı silahlı müxalifətin – sünni ərəblər və kürdlərdən ibarət Azad Suriya Ordusunun komandanlığı Deyr əz-Zorda zəhərləyici maddələrdən istifadə etməklə ciddi təxribata hazırlaşır.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bəyan edib.

Onun sözlərinə görə, guya kimyəvi silah tətbiqinə dair süni şəkildə hazırlanacaq video-rolik ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriya dövlət obyektlərinə hava zərbələri endirməsi və silahlı müxalifətin hücumu üçün bəhanə kimi istifadə olunacaq. Konaşenko bu məlumatın Suriyadakı 3 müstəqil və etibarlı kanallar vasitəsilə təsdiqləndiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb ki, dinc əhaliyə qarşı Əsəd rejiminin kimyəvi hücumunu imitasiya etmək üçün Azad Suriya Ordusu Həkl əl-Cəfra yaşayış məntəqəsinə xlor balonları da gətirib.

Xatırladaq ki, yeganə sübut kimi "Bəyaz Dəbilqəlilər”in Bəşər Əsədin kimyəvi silahdan istifadə etdiyi iddiasilə yaydıqları videolara əsaslanaraq, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri 2017-ci ilin aprelin 7-si və 2018-ci ilin 14 aprelində Suriyada Bəşər Əsəd qüvvələrinə hava zərbələrilə hücum ediblər. Lakin sonradan bir çox beynəlxalq ekspert mərkəzləri həmin videoların qurma olduqlarını aşkara çıxarıb.


İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK