ANA SƏHİFƏ / ŞOU-BİZNES

“Beynimə xələl gətirir, kefimi pozur”

6668    |   2018-06-11 17:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi, "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı müğənni Samir Cavadzadə olub.

Axşam.az-ın məlumatına görə, sənətçi qalmaqallı çıxışları ilə yadda qalıb. Samir onuncu yerə yenicə müğənniliyə başlayan aparıcı Nanə Ağamalıyevanı layiq görərək onu rusiyalı ifaçı Olqa Buzovaya bənzədib.

Doqquzuncu yeri Xatirə İslama verən Samir müğənninin mahnısının hit olmadığını deyib:

"İfasına söz ola bilməz. Gözəl də oxuyub öz tərzində. Mahnı mənim zövqümdə deyil. Daha hit mahnı gözləyirəm Xatirədən. Fikirləşirəm ki, partlayış mahnısı deyil”.

İfaçı Günay İbrahimlinin mahnılarının oxşar olduğunu deyib:

"Yaxşı mahnıdır, gözəl də ifa edib. Bir mahnı digərinə oxşayacaqsa, bu yenilik deyil məncə. Günay bu fikirlərdən inciməməlidir və örnək götürüb nəsə nəticə çıxarmalıdır. Mən də olsam nəticə çıxararam ki, belə deyirləsə, yəqin nəsə oxşardır”.

Sənətçi Damlanın mahnısını bəyənmədiyini qeyd edib:

"Mahnı olaraq bəyənmədim, klip yaxşıdır. Peşəkar musiqiçi kimi desəm, mənim tərzimdə deyil. Heç kimdən qorxmuram. Sənətim, səsim olmasaydı qorxardım. Amma deməyə haqqım var. Elza xanım çox aqressiv formada danışdı. Onu mən də seyr etdim. İstəməzdim ki, Elza xanım bu cür rəftar etsin”.

Altıncı yeri Murad Arif və Ramil Nabranın duetinə verən Samir Muradın yox, Ramilin ifasını bəyəndiyini vurğulayıb:

"Mahnının eşitdim, adi sözlərdi. "Gedək oppalara"... Hətta, başqa hansısa mahnıya da oxşatdım. Lap hit mahnı deyil. Bu mahnıda daha çox Ramil Nabranı bəyəndim. Zövqlər başqadı. Bir o qədər bəyənmədim. Murad Arif yazır da, oxuyur da, amma arada qəşəng hitlər də yazır”.

Müğənni beşinci pilləyə isə əməkdar artist Miri Yusifin mahnısını layiq bilib:

"Mənimçün sadə klip kimi gəldi. Qrafikada hər şey yaxşı idi, bircə arxadakı iki qızı bəyənmədim. Onlar olmamalı idi orada. Ya da maraqlı bir geyimdə olmalı idilər. Mahnıda çox yaxşı məqamlar var”.

Aparıcının "Miri Yusifi ən öndə gedən kişi müğənni adlandırırlar. Bu səni narahat etmir?” sualına isə Samir belə cavab verib:

"Məni cuzi qədər də narahat etmir. Heç "vecimə” də deyil. Hər şeyin öz vaxtı var. Bir neçə il gözlədim özlərini tam göstərsinlər. Göstərdilər və oradan o tərəfə heç nə yoxdur. Kiminsə üstündə tullanmaq, kimisə bastalamaq və ya kiminsə işinə zərər gətirmək ki, tək mən olmalıyam bu şeylər mənim içimdə yoxdur. Bunu hamı bilir. Mənim üstümdən keçmək istəyiblər, ediblər də. Sonra mənə deyirlər ki, sən niyə belə azad və sərbəstsən. Az qala üzümə desinlər ki, mən sənə bu pisliyi etmişəm. Niyə əsəbləşmirsən? Çünki qayıdacaq sənə. Bumeranqı sən atmısan".

Müğənni əməkdar artist Elza Seyidcahanın mahnısını bəyəndiyini qeyd edib:

"Elza xanım, mahnıya qulaq asdım. Xeyirli olsun. Bəlkə də nə vaxtsa bu mahnını oğurlayıb oxuyaram. Elza xanımın ifalarını bizdə bəziləri qəbul etmir. Deyirlər ki, bu nə musiqidir. Niyə bizdə epotaj musiqi, epotaj sənətçi olmasın. Elza xanımın etdiyklərini etmək üçün həvəs lazımdı insanda”.

Dostu Ramalın ifasını bəyənən Samir onu üçüncü yerə layiq görüb:

"Ramal, sən gözəl ifaçısan. Bunu hamı bilir. Sənin gözəl bəstələrin var, hansı ki, ikisini mən oxumuşam. Qoy görsünlər ki, dost dosta dayaq olur. Burda birinci edib arxasınca danışmıram”.

O, xalq artisti Brilliant Dadaşovanın mahnısını çox bəyənsə də, müğənniyə ikinci pilləni verib:

"Düşünürəm ki, bizdə müğənnilərdən bir tək odur ki, mahnısında, ifasında belə naz var. Xumar xanımın nazı ümumiyyətlə başqadır. Özü demişkən Xumarın öz dünyası var. Brilliant xanımın ifasını çox bəyəndim”.

Samir birinci yerə isə xalq artisti Aygün Kazımova və Raufun duetini layiq görüb:

"Əsl yay ab-havası var. Yaraşdılar. Biziçox səhv salırlar Raufla. Aygün Kazımova bu il çox partlayışlar etdi. Dayanmasın. Belə görmüşük, belə də görmək istəyirik. Mahnı da hitdir. Haradasa səslənsə bilirəm ki, durub oynayacam”.

Sonda Namiq və Əhmədin duetinə fikir bildirən ifaçı mahnını onluqdan uzaqlaşdırıb. O, meyxanaçılar haqda "Mənim beynimə xələl gətirir. Kefimi pozur" sözlərini deyib.




İmza:
SON XƏBƏRLƏR
2018-06-22
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi evə piyan gəlir. Arvadı deyinir, niyə piyan gəlmisən, niyə bu qədər çox içmisən.
- Belə az içmişəm:
- Üç nəfərə bir butulka almışdıq.
- Bəs sən niyə bu qədər piyan oldun?
- İkisi gəlmədi də neyləyim...




digər lətifələr
ARXİV
FACEBOOK