Saatlının deputatı kütləvi zəhərlənmədən DANIŞDI
"Hadisə baş verən kimi Saatlı rayonunun rəhbərliyi və xəstəxanası ilə əlaqə saxladım. Daha sonra Bakıdakı Toksikoloji Mərkəzə yollanıb xəstələrə baş çəkdim”.
Adalet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Saatlıdan olan deputat, Mətbuat Şurasının Əflatun Amaşov rayonun pambıq sahəsində baş verən kütləvi zəhərlənmədən danışarkən deyib.
Deputat bildirib ki, hazırda ərazidə yoxlama işləri aparılır.
"Ümumilikdə 24 nəfər zəhərlənib ki, onlardan 17-si qadın, 7-si kişidir. Hazırki vəziyyət belədir ki, 2 nəfər evə buraxılıb. 18 nəfər isə rayon mərkəzi xəstəxanasında, 4-ü isə Bakya gətirilib. İndiki şəraitdə vəziyyətləri normaldır. Hazırda hadisə baş verən Sımada kəndində müəyyən yoxlamalar aparılır. Baş verən zəhərlənmənin səbəbləri öyrənilir. Əsas odur ki, ağır zərərçəkən yoxdur”.
Ə.Amaşov deyib ki, xəstəxanalara yerləşdirilən xəstələr ya sabah, ya da birisi gün evə buraxılacaqlar.
Qeyd edək ki, iyunun 10-da Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 24 işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan vəziyyəti ağır olan 4 nəfər Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə yerləşdiriliblər.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06