ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC-də yay imtahan sessiyası ilə bağlı ilk “Açıq qapı” günü keçirilib

10648    |   2018-06-11 14:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNEC-də yay imtahan sessiyası ilə bağlı rektor, professor Ədalət Muradovun iştirakı ilə ilk "Açıq qapı” günü keçirilib.

Universitetdən Adalet.az-a verilən məlumata görə, "Açıq qapı”da rektorla yanaşı, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Çingiz Qənizadə, "APA Holding”in prezidenti Vüsalə Mahirqızı və UNEC-in İctimai Nəzarət Şurasının üzvü Sevinc Qarayeva da iştirak edib. Onlar UNEC-in tələbə və valideynlərin imtahan sessiyası ilə bağlı müraciətləri dinləyiblər. 30-a yaxın müraciətin dinlənildiyi görüşdə rektor Ə.Muradov məsələlərin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə tapşırıq verib.

"Açıq qapı”dan sonra ictimaiyyət nümayəndələri UNEC News-a təəssüratlarını bölüşüblər.

Millət vəkili Çingiz Qənizadə: "Millət vəkilləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tələbə müraciətlərinin dinlənilməsi obyektivlik və şəffaflığın təntənəsidir. Hər bir müraciətə universitet rəhbərliyinin ədalətli yanaşması bu fikirləri bir daha təsdiq edir. Əminəm ki, UNEC öz uğurları ilə qısa zamanda dünya universitetləri ilə bir sırada dayanacaq”.

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov: "İlk dəfə deyil ki, UNEC-də "Açıq qapı”da iştirak edirəm. Hər dəfə də universitetdə müsbət dəyişikliklərin şahidi oluram. Tələbələrin sərbəst şəkildə problemlərini rektora çatdırmaları, haqlarını müdafiə etmələri universitet rəhbərliyinin onlara yaratdığı səmimi mühitdən irəli gəlir. Mən UNEC-də savadlı, elmli, öz hüquqlarını bilən, onları müdafiə etməyi bacaran tələbələr gördüm və bu məni çox sevindirdi. Bütün bunlar da keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir”.

"APA Holding”in prezidenti Vüsalə Mahirqızı: "UNEC-in rektorunun iştirak etdiyi "Açıq qapı” gününü izləmək çox maraqlı oldu. Universitetdəki mühit, rektorun əlçatanlığı, problemlərə dəqiq yanaşma, həm də tələbələrin sərbəstliyi xoşuma gəldi. Müşahidə etdim ki, UNEC-də klassik "qorxulu rektor” stereotipi yaxşı mənada dağılaraq liberal mühit yaradılıb. Təhsilə, tələbəyə münasibət, xaricdə təhsilə dəstək və müsbət yanaşma, yeniliklər məni çox sevindirdi”.

Qeyd edək ki, UNEC rektorunun iştirakı ilə keçirilən "Açıq qapı” günləri hər həftənin şənbə günü olmaqla yay imtahan sessiyasının sonuna kimi davam edəcək.




İmza:

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

BŞTİ valideynlərin müraciətinə baxmır? - Şikayətə cavab

700 bal toplamış gənc: Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANM-dır

“UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır” - Prezident təqaüdçüsü

Kamal Abdulla Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

Orta məktəblərdə daha bir PROBLEM

Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Əslində hamı müəllimə nifrət eləyir - Oğuz Ayvaz yazır...

BANM-da “İnformasiya təhlükəsizliyi” ixtisası “İlin ixtisası” oldu

UNEC-də zəngin proqramlı “Oriyentasiya Günü” keçirilib

Kamal Abdulla Nardaranda mühazirə oxuyacaq

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə lideri oldu

SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK