adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Iyun 2018 13:27
22078
GÜNDƏM
A- A+

ZAMİN HACI ŞAUMYANA SEVGİMİZİ AZALDIR

Zamin Hacı «Yeni Müsavat»da yazır: «Sovet vaxtı belə tiplərin adın, familiyasını hər yerə yapışdırırdılar. Şmidt zavodu, Şors küçəsi, Şaumyan rayonu və s. (Axırıncını çox sevdiyimiz üçün hətta iki rayona adını qoymuşduq, biri Şaumyan kənd rayonu adlanırdı, o biri Bakının Şaumyan rayonu. Gör nə qədər manqurt olmuşuq, adam xəcalətindən xarakiri eləmək istəyir)».

Qorxuram, Zaminin bir səhvini düzəldim, doğrudan xarakiri eləyə. Qarabağlılar demiş, dədə, iki yox ey, üç rayona qoymuşduq Şaumyanın adını. O boyda Stepanakert yadından çıxıb. Özün də qarabağlısan.

Xahiş edirəm, bizim Şaumyana sevgimizi azaltma.