Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - ÜÇÜNCÜ YAZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
51413 | 2018-06-11 13:22

Bilənlər bilir, bilməyənlərdə yəqin ki, ucundan-qulağından eşitmiş olar. Söz adamlarının bir araya gəldiyiçay süfrəsi və yaxud yemək-içmək məclisi adətən uzun çəkir. Çünki hamının sinəsisözlə dolu olur, hamı sözün içində olur və hamı da bir-birini görəndə söz «xırdalayır».Ona görə də məclis uzanır və bir də baxıb görürsən ki, saatları əridib xərcləmisən.Amma bizim nahar süfrəmiz çox da uzun çəkmədi. Çünki mənim Naxçıvana səfərim qısamüddətli olduğundan dostlarım da, özüm də istəyirdim ki, bu qədim diyarı gəzib yenilikləriöz gözlərimlə görüm. Ona görə də bir ayağımız qaçaraq idi. Çayımızı içəndən sonradostlar məclisin xərcini çəkib indi nə edəcəyimi, məqsədimi, proqramımı soruşdular.

Haqq üçünə deyimki, Fərəc müəllim israrla Culfaya getməyimi istəyirdi. Onun qonağı olmağımı, Culfanıngözəlliklərini seyr etməyimi istəyirdi.Hələ Bakıda olarkən ona Culfaya gedəcəyimə söz vermişdim. Amma bir gerçək də varidi ki, qardaşımız, şair dostumuz İbrahim Yusifoğlu uzun zaman idi ki, məni Şərurdagörmək istəyirdi. Hətta ötən səfərimdə Şərura gedə bilmədiyimdən bir balaca incimişdidə. Yaşda da, yaradıcılıqda da çox-çox samballı olan böyük qardaşım, qələm dostumİbrahim Yusifoğlu bu səfərimdən də xəbərdar idi və dəfələrlə zəng vurub bildirmişdiki, gözləyirəm, Şərura gəl! Lap istəyirsən özüm gəlib səni aparım. Ona görə də qərara gəldim ki, bu dəfə Şəruru ziyarət edim.Bir şərur gözəlliklərinin gözəlləməsini yaddaşıma, ürəyimə köçürüm…

Bax,elə bu niyyətlə də Şərura getməyə üstünlük verdik. Fərəcmüəllimin könlünü oxşayıb onun razılığını aldım və çox ciddi şəkildə bildirdim ki,növbəti səfərim mütləq Culfaya olacaq.

Son dərəcə təmkinli,ağırtəbiətli, necə deyərlər, danışığı da, hadisələrə münasibəti də əsl köhnə kişilərəxas bir formada olan Fərəc müəllim incidiyini büruzə verməmək məharətilə bizim Şəruragetməyimizə etiraz etmədi. Sadəcə onu dedi ki, bax, razılaşdıq ha, növbəti gəlişinCulfaya olacaq!..

Bəli, bu dəfə də sükan arxasında Əbülfəz idi. Burdabir məqamütləq qeyd etməliyəm. Əbülfəz Ülvi şairkimi nə qədər məharətli, mükəmməl söz ustasıdırsa, bir o qədər mükəmməl sürücüdür. O, sükan arxasında imtahan verirmiş kimibütün hərəkət qaydalarını elə ustalıqlayerinə yetirirdiki,mən baxdıqca öz nöqsanlarımı, öz sürücü kasadlığımı xatırlayıb içimdə yaxşımənada utanırdım. Üstəlik, Əbülfəz müəllim həm də söhbətcil yol yoldaşı kimi informasiyaverməyi də çox yığcam, həm də yaddaqalan bir şəkildə dilə gətirirdi. Onun hər sözündən,hər cümləsindən sonra Naxçıvandan Şərura doğru uzanan yolun sağ və sol istiqamətləribir kitab kimi gözümün qarşısında vərəqlənirdi.


Biz Şərura tərəfistiqamət götürəndə çox dəyərli yazıçı-publisistimiz, Azərbaycan mətbuatında özünəməxsusimzası, sözü, dəst-xətti olan dəyərli Hüseyn Əsgərov öncə Asim müəllimin telefonunazəng vurdu, sonra da mənim. Bizimləola bilmədiyinə görə, üzrxahlıqetdi. Və səbəb kimi də öncə çalışdığı işin, sonra da əsl müsəlman kimi oruc tutmasınıvurğuladı. Təbii ki, oruc tutmuş bir Allah bəndəsinin bizimlə Şərura səfər etməsi,orda baş tutacaq ziyarətə qatılması o qədər də münasib sayıla bilməz. Və bu mənadamən də, Asim müəllim də Hüseyn Əsgərovun üzrxahlığını tam səmimiyyəti ilə qəbuletdik. Və onun iradını mən şəxsən nəzərə alaraq söz verdim ki, bir daha dini bayramlarzamanı Naxçıvana səfər etməyəcəm. Çünki burdakı dostların fəaliyyət proqramı, həyattərzi, dünyaya, cəmiyyətə baxışları bəzən mənim yanaşmalarımla düz gəlmir. Bu daistər-istəməz dostları narahat edir…

Öncə Kəngərli rayonununərazisinə daxil oluruq. Yaşı o qədər də böyük olmayan bu rayon və onun ərazisi ilkandan, yəni rayon ərazisinə daxil olduğum məqamdan mənim diqqətimi çəkməyəbaşlayır. Demək olar ki, bu ərazi bir az Qarabağın, xüsusilə Füzulinin, Cəbrayılın torpaqlarını xatırladır.Yolboyu əkilmiş ağaclar, daha çox da meyvə ağacları adamın həm gözünü oxşayır, həmdə könlünü. Yenicə saralmağa başlayan əriklər, alça ağacları və digər meyvələr,o cümlədən də salxımlanmış bir şəkildə budaqlarıaşağı əyməyə başlayan alma ağacları bolluğun, bərəkətin əsl nümunəsidi. Asim müəllimsöyləyir ki, rayon yaşca cavan olsa da, onun inkişafı, burada aparılan tikinti-abadlıqişləriMuxtar Respublika rəhbərliyinindiqqəti sayəsində demək olar ki, aybay uğurlara qovuşur.

Həqiqətən də Kəngərlirayonunun magistral yolunun kənarındakı mənzərəsi məktəb, xəstəxana binalarınıngül-çiçəyə qərq olması, onların arxiterkturası, xüsusilə kəndarası yolların səviyyəsi adamı məmnun edir.Hətta hərdən dostlarıma deməsəm də, ürəyimdə bu gözəlliyə, bu səliqə-səhmana ürəyimdəbir həsəd hissi də baş qaldırır. Öz-özümə söyləyirəm ki, bu iş üslubu, bu qurub-yaratmaq və insanlara xidmət etmək mexanizminiyə bütün respublikamızda eyni səviyyədədeyil? Burda bir zarafat də keçir ürəyimdən: ölkənin məsul işçilərini, rayon rəhbərləriniNaxçıvanda təcrübə keçməyə göndərmək zamanı gəlib çatıb?!.

Hər halda, mən buzarafatı sevgiylə bütün Azərbaycanın gözəlliyi naminə arzu edirəm, dilə gətirirəm. Qəlbimdə başqa birniyyət yoxdu. Düşünürəm ki, Naxçıvana səfər edən hər bir duyğusal insan gördüyübu mənzərənin özünün daimi yaşayış yerində olmasını da ürəyindən keçirər. Elə bufikirlərin qoynunda olduğum zaman Asim Yadigar əliylə dağlara tərəf uzanan yolugöstərib deyir:

- Bax, bu yol Qarabağlar kəndinə gedir. Kəngərlinin ən böyükkəndlərindən biridi.

Söz içimdə bir şimşəkkimi çaxır. Qarabağlar sözü mənəQarabağı yenidən xatırladır. Yenidən gözlərimin önündən Şuşanın, Xocavəndin, Laçının,Zəngilanın, Qubadlının və digər rayonlarımızın yolları gəlib keçir. Təəssüf ki,bu yollar hələ ki, üzümüzə bağlıdı…

Yolun kənarındakılövhə diqqətimdən yayınmır. O lövhədə yazılıb: Şərur rayonu! Və bir də «Xoş gəlmisiniz».

Tam səmimi deyəcəm.Adını tez-tez eşitdiyim, ziyalılarıyla, önə çıxmış isimlərilə fərqlənən, özü də təkcə Naxçıvandayox, bütün Azərbaycanda özəl imicə məxsus olan Şərur rayonu doğrudan-doğruya biryaşıllıqlar diyarıdı. Eləki, rayon ərazisinə daxil olduq, Asim müəllim, həmçininsükan arxasında olmasına baxmayaraq Əbülfəz müəllim mənə artıq bilgilər verməyəbaşladılar. Öyrəndim ki, 220-dən artıq kəndi olan bu rayonun çox böyük potensialıvar: həm təsərrüfat baxımından, həm də ziyalılıq baxımından. Doğrudur, mən Şəruragetməmişdən öncə bilirdim ki, tanıdığım insanlardan bir neçəsi məhz Şərurdan Azərbaycanarenasına çıxıbdı - həm elm, təhsil sahəsində, həm bədii yaradıcılıqda, həm də ictimai-siyasihəyatımızda. Onlardan biriçox hörmətli söz adamı, yazıçı-publisist, şairə Sona Vəliyeva məhz bu rayonun Tənənəmkəndində dünyaya gəlibdi. Bax, Asim müəllimin göstərdiyi bu yol məhz həmin kəndə tərəf uzanıbgedir. Digəryol isə görkəmli akademikimiz İsa Həbibbəylinin doğulduğu Danyeri kəndidi. Asim müəllmi onu davurğulayır ki, kənd öncə daha yüksəklikdə olub və həmin ünvan da Danzik kimi adlanıb.Sonradan kənd sakinləri daha uyğun bir mövqeyə köç ediblər. Müəyyən səbəblərdənreallaşan bu köç özü ilə birlikdə kəndinadını, kökünü də gətiribdi. Yəni,Danzik əvəzinə Danyeri adlanıbbu kənd. Elə əsas magistraldan ayrılan yolunözünün durumu bu kəndin ümumi mənzərəsindənxəbər verən, xoş təəssürat yaradan bir nümunədi. Dostlarımın söylədiklərindən öyrənirəmki, bu kənddə də məktəb, xəstəxana, uşaq bağçası, ümumiyyətlə, həyat səviyyəsininözü insanların rahatlığına, normal yaşayışına tam uyğundu. Və mən öncədən bilsəm də, eşitdiklərimin ipucundantutub onu da öyrəndim ki, Naxçıvan Ali Məclisinin sədri hörmətli Vasif Talıbov cənablarıda Şərur rayonunun Aşağı Aralıq kəndində doğulub. Və onun bütün Naxçıvanla yanaşı,özünün doğulduğu rayona da etdiyisəfərlər zamanı qarşıya çıxan hər bir problemin çox qısa vaxtda aradan qaldırılmasınaözü şəxsən nəzarət edir. Ona görə də rəhbər işçilər, məsul şəxslər çalışırlar ki,ən xırda problemi də dərhal aradan qaldırsınlar ki, rəhbərliyin tənqidinə məruzqalmasınlar.

Buda Şərur rayonunun mərkəzi. İbrahim müəllimlə görüşməmişdən öncə dostlarımdan xahişedirəm ki, bir az Şərurun içərisində gəzib dolaşaq. Adını eşidib üzünü ilk dəfəgördüyüm bu cənnət-məkanın gözəlliklərini seyr edək. Belə də edirik Rayon mərkəzindəkisəliqə-səhmana kiminsə irad tuta biləcəyinə inanmıram. Burda kəndlə şəhər sankiqovuşub, bir-birini tamamlayıb. Rayon mərkəzində həm şəhər ab-havası, həm də kəndyaşam tərzi elə qovuşub, elə paralelləşib ki, bu, adamda daxili bir rahatlıq yaradır.Şəxsən mən gördüyüm bu mənzərənin içərisində şuşalı günlərimi, ağdamlı günlərimi,füzulili günlərimi atüstü də olsa gəzib, dolanıb qayıtdım. Və bir də gördüm ki,gül-çiçəyin əhatəsində olan, qarşısında da bir xeyli insanın dayanıb söhbət etdiyibinanın önündəyik. Bu ikimərtəbəli, səliqə-səhmanı ilə diqqət çəkən bina Şərur rayonTəhsil Şöbəsinin yerləşdiyi ünvandı. İbrahimYusifoğlu burda çalışır.

(Ardıvar)

TƏQVİM / ARXİV