adalet.az header logo
  • Bakı 13°C
11 Iyun 2018 13:19
20312
KRİMİNAL
A- A+

Yasamalda silahlı insident baş verib

Yasamalda silahlı insident baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, iyunun 8-də rayon ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib. Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

R.Nərimanov könüllü olaraq Yasamal RPİ 28-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub və hadisəni törədərkən istifadə etdiyi "BPO-208” markalı tüfəngi təhvil verib.