adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
11 Iyun 2018 12:55
8241
HADİSƏ
A- A+

Bakıda avtobus qəzası - ölən və yaralanan var

İyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi "Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə çırpıb, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, hadisə nəticəində M.Namazov və avtobusun sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdiriliblər. M.Namazov orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.