adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Iyun 2018 11:42
11686
İDMAN
A- A+

“Devizimiz “Azadlıq, amma məsuliyyət”dir” - Çerçesov

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov komandasının dünya çempionatındakı hədəflərindən danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis qeyd edib ki, Rusiya yığmasının ev sahibliyi edəcəyi mundialdakı ilk hədəfi 1/8 finala adlamaqdır:

"Braziliya və Almaniya kimi komandaların 2 hədəfi olur. Birincisi, qrupdan çıxmaq, daha sonra da finala doğru irəliləmək. Bizim də dünya çempionatındakı ilk hədəfimiz qrupdan çıxmaqdır.

Bəzən müdafiədə, yaxud hücumda oyunumuz istədiyimiz kimi alınmır. Amma vəziyyətin yaxşıya doğru dəyişəcəyinə inanırıq.

Bizim devizimiz "Azadlıq, amma məsuliyyət”dir. Çünki azad olmayan insan özünü göstərə bilməz.
İlk rəqibimiz Səudiyyə Ərəbistanıdır. Bu komanda haqda kifayət qədər məlumatımız var.

Rəqib heç də zəif deyil. Çünki 6 futbolçuları İspaniyaya üz tutub. Baş məşqçi Çilidən olduğu üçün elə çilililər kimi oynayırlar. Bizi asan oyun gözləmir. Bununla belə, məqsədimiz qələbə qazanmaqdır”.