adalet.az header logo
  • Bakı 19°C
11 Iyun 2018 11:28
10852
SİYASƏT
A- A+

Rusiya yalnız bir şərtlə G8-ə qayıda bilər

Rusiyanın "Böyük səkkizlik” (G8) formatında danışıqlar masasına qayıtması, yalnız Ukrayna münaqişəsinin həlli üzrə Minsk razılaşmalarının icrasında irəliləyiş olarsa mümkündür.

Adalet.az RT-yə istinadən bildirir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
Merkel vurğulayıb ki, böhranların həllində Rusiya Qərb ölkələrinə lazımdır, amma onun G8 formatına qayıtması üçün Şərqi Ukraynadakı münaqişədə gərginliyin azaldılması olduqca vacibdir.

6 iyunda Bundestaqdakı çıxışında isə, Merkel mövcud fikir ayrılıqlarına baxmayaarq, Rusiya ilə dialoqun Almaniya üçün əhəmiyyətli olduğunu və qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini bəyan etmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyasız G7 ölkələri liderlərinin görüşünün keçirilməsini əhəmiyyətsiz adlandıraraq bəyan etmişdi ki, Rusiya mütləq "Böyük səkkizliyin” tərkibinə qaytarılmalıdır. Lakin Avropa ölkələri buna qəti etiraz ediblər.

Xatırladaq ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra ABŞ, Almaniya, Kanada, Fransa, Böyük Britaniya, Yaponiya və İtaliya G8 çərçivəsində Rusiya ilə birgə işləməkdən imtina edib. Həmin vaxtdan etibarən bu ölkələrin liderləri G7 formatında toplanırlar.(azvision.az)