ANA SƏHİFƏ / DÜNYA

Türkiyədən PKK-ya zərbə - 21 terrorçu məhv edildi

12284    |   2018-06-11 11:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə İraqın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyatları davam etdirir. PKK-nın əsas yuvası olan Qəndil şəhərinə hava zərbələrindən sonra, İraqın şimalındakı Bəstlər-Dərələrə və Hakurk bölgəsində də zərbələr endirilib. Nəticədə 9 terrorçu məhv edilib.

Adalet.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla da, Türkiyə hərbi hava qüvvələrinin İraqın şimalındakı əməliyyatlarında zərərsizləşdirilən PKK terrorçularının sayı 21-ə çatıb. Hakurkda həmçinin, terrorçuların sığınacaqları və silah-sursat anbaları da hədəfə alınaraq məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) təqribən 3 aydır davam edən əməliyyatlar nəticəsində İraqın şimalındakı 400 kilometr ərazini PKK terrorçularından təmizləyib. Hərbi əməliyyatlarda 11 martdan bu günədək 180-nə yaxın terrorçu məhv edilib.

İraqın şimalındakı əməliyyatların başlıca məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək, PKK terrorçularının həmin ərazilərdəki sığınacaqlarını dağıtmaq, onların Türkiyə ərazisinə keçmələri, həmçinin silah-sursat ötürmələrinin qarşısını almaqdır.




İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK