ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Gürcüstandakı azərbaycanlılar UNEC-i seçir

8436    |   2018-06-11 11:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfər ediblər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfərin məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində ali təhsil almasına dəstək vermək, həmvətənlərimizi ali təhsilə yönəltmək və abituriyentləri UNEC barədə məlumatlandırmaqdır.

"Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, dosent Əli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Bolnisi və Dmanisi rayonlarının orta məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər. Görüşdə məktəblilərə regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın 4 dildə təhsil verən yeganə ali təhsil ocağı olan UNEC-ə xarici ölkə vətəndaşlarının qəbulu tamamilə elektronlaşdırılıb. Abituriyentlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda UNEC-də təhsil almaq hüququ qazanırlar.

UNEC-ə qəbul prosesinin sadələşdirildiyi məktəblilərin diqqətini cəlb edib. Onlar UNEC-də tədris olunan ixtisaslarla maraqlanıblar. Dünyanın nüfuzlu universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları şagirdlərin marağına səbəb olub. Məktəblilər dörd ildə iki ixtisasa yiyələnmək imkanı tanıyan UDİD proqramını isə tələbələr üçün əvəzsiz fürsət adlandırıblar.

Səfər çərçivəsində həmvətənlərimizə UNEC-in magistr proqramları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, UNEC-in müasir tələblərə cavab verən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 11 ixtisas 39 ixtisaslaşma üzrə 4 dildə tədris həyata keçirilir. Mərkəzin tələbələri UNEC-in diplomu ilə yanaşı, Avropanın və Türkiyənin nüfuzlu universitetlərinin diplomlarını əldə edə bilirlər.

Görüşlərdə UNEC-in tanıtım videoçarxı nümayiş olunub, suallar cavablandırılıb. Görüşdə iştirak edənlər Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə tanışlıqdan sonra UNEC-in tələbəsi olmaq istədiklərini bildiriblər.

İmza:

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” - MÜSAHİBƏ

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

BANM-ın məzunları Karbamid zavodunda işə başladılar

600-dən yüksək bal toplayanlara UNEC-də inanılmaz fürsət

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

SON XƏBƏRLƏR
2018-07-16

VİDEO

ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.

digər lətifələr
ARXİV
FACEBOOK