adalet.az header logo
  • Bakı 12°C
11 Iyun 2018 10:35
13789
İDMAN
A- A+

Putin bu liderləri Dünya Çempionatının açılışına dəvət edib - ADLAR

Rusiya prezidenti Vladimir Putin iyunun 14-də açılışı olacaq futbol üzrə Dünya Çempionatına bir sıra ölkə başçılarını dəvət edib.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin şəxsn dəvət etdiyi ölkə liderləri arasında Ermənistan prezidenti Nikol Paşinyan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və Moldova prezidenti İqor Dodonun adı var.

Yaxın günlərdə daha bir neçə ölkə prezidentinin də Dünya Çempionatına dəvət olunacağı gözlənilir. Kanada baş naziri Castin Trüdo, ABŞ lideri Donald Tramp, Fransa prezidenti Emmnuel Makron və Böyük Britaniya baş naziri Tereza Meyin açılış mərasiminə qatılmayacağı məlumdur.

Amma Almaniya kansleri Angela Merkel yerli mətbuata son müsahibələrində Putinin dəvətini qəbul edərək Moskvaya gedə biləcəyini istisna etməyib.(modern.az)