ANA SƏHİFƏ / DÜNYA

“Xristian-islam müharibəsi ola bilər” - Ərdoğan

15024    |   2018-06-11 10:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Avstriya hökumətinin məscidlərin bağlanması və imamların deportasiyası ilə bağlı qərarı islam dininə qarşı yönəlib".

Adalet.az "Deutsche Welle”yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı çıxışında deyib.
O, Avstriyanın bu davranışını sərt şəkildə qınayaraq, lazımi tədbirlər görəcəklərini bəyan edib. Ərdoğan, həmçinin vurğulayıb ki, Avstriya hökumətinin hərəkətləri xristianlıqla islam dini arasında müharibəyə gətirib çıxara bilər.

Qeyd edək ki, Avstriyanın baş naziri Sebastian Kurz öz "Tvitter" hesabında bəyan edib ki, ölkədəki 7 məscid bağlanacaq, 40 imam isə deportasiya ediləcək.

"Avstriya din azadlığını dəstəkləyir, lakin ölkəmizdə siyasi islam və radikalizmə yer yoxdur" deyən Kurz bu qərarın yalnız "Avstriyada türk-islam mədəni və sosial əməkdaşlığı birliyi" təşkilatının dəstəklədiyi məscidlərə şamil ediləcəyini bildirib. Avstriya hökuməti bu təşkilatı ölkədə türk millətçiliyini yaymaqda itiham edir.

Xatırladaq ki, apreldə Avstriya hökuməti paytaxt Vyanadakı məsciddə Çanaqqala müharibəsilə bağlı səhnəni canlandıran zaman şəhid əsgərlər rolunda uşaqlardan istifadə etdiklərinə görə "Avstriyada türk-islam mədəni və sosial əməkdaşlığı birliyi" təşkilatının fəaliyyətini qadağan edəcəyilə hədələmişdi.

Vyana ilə Ankara arasında münasibətlər Türkiyənin iqtisadiyyat nazirinin Avstriyaya buraxılmamasından sonra daha da pisləşdi. Türkiyəli nazir 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəkdi.(azvision.az)


İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK