Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul davam edir Adalet.az | Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul davam edir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul davam edir

10680    |   2018-06-11 10:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbində (BANM) 2018-ci ilin sentyabr ayından başlayaraq "Biznesin idarə edilməsi” (MBA - Master of Business Administration) ixtisası üzrə magistratura proqramının tədrisi həyata keçiriləcək. Bu məqsədlə hazırda Ali Məktəbə MBA ixtisası üzrə qəbul davam edir.

BANM-dan Adalet.az-a verilən məlumata görə, Ali Məktəbin MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali Məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırışlar və trendlərə tam cavab verəcək. Proqram öz tələbələrinə rəqabətə davamlı karyera imkanları, əlverişli dərs qrafiki, adakemik mükəmməllik, geniş profesional biznes əlaqələri və Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər əldə etmək imkanı verəcək.

Ali Məktəbin MBA proqramında Strateji idarəetmə, Maliyyənin idarə olunması, Marketinq konsepsiyaları, Menecerlər üçün mühasibat, İnformasiya Texnologiyalarının idarə olunması, Kapital qoyuluşu və Maliyyə strategiyaları və digər önəmli fənlərin tədrisi nəzərdə tutulub. BANM həmçinin MBA ixtisasında təhsil alacaq tələbələri üçün müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etmək və əldə olunan bilik və bacarıqları tətbiq etmək imkanı yaradacaq.

Bakı Ali Neft Məktəbində MBA təhsili almağın daha bir üstünlüyü ondan ibarətdir ki, proqramı tədris edən şəxslər SOCAR və transmilli şirkətlərin rəhbər vəzifəli şəxsləridir.




İmza:
SON XƏBƏRLƏR
2019-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK