adalet.az header logo
  • Bakı 18°C
14 Iyun 2018 17:52
12934
SAĞLAMLIQ
A- A+

Siqareti tərgitmək üçün əla vasitə

İnsan ömrünü 10 il azaldan, beyin fəaliyyətinə təsir edən, orqanizmi sıradan çıxaran siqareti tərgitmək o qədər də asan deyil.

Adalet.az xəbər verir ki,«Cavanlığın sirləri» kitabının müəllifi, professor Nadi Folfun yeni akupunktur metodu ilə siqareti tez bir zamanda tərgitmək mümkündür:


· Ürəyin siqaret istəyəndə «Əsas dərə» deyilən yeri (qulaqdan bir barmaq yuxarı olan hissəni) saat əqrəbi istiqamətində 2-3 dəqiqə masaj et.

· Siqaretin iyi gələndə halın pisləşir? Onda iki simmetrik nöqtəni, «Qoxu alma» deyilən yeri, yəni burunun dib hissəsini barmaqlarınla asta bas.

· Növbəti üsul əllərə tətbiq olunur. Biləyin baş barmaq olan tərəfini sıx. Bu hissə birbaşa beyinə və nəfəs yollarına təsir edir.