adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Iyun 2018 14:17
12663
MƏMLƏKƏT
A- A+

Tovuzun işıq problemi həll olundu

Tovuz rayonunun mərkəzi və Qovlar qəsəbəsində güclü küləyin elektrik enerjisi təchizatında yaratdığı fəsadlar "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirilib ki, hazırda rayonun mərkəzinin, eləcə də bütün qəsəbə və kəndlərinin elektrik enerjisi təchizatı fasiləsiz tam təmin edilir.