adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Iyun 2018 14:59
15456
DÜNYA
A- A+

ABŞ Şimali Koreyada səfirlik açır

ABŞ və Şimali Koreya liderlərinin iyunun 12-də keçiriləcək tarixi zirvəsində ölkələr arasında diplomatik münasibətlərin yaradılması məsələsi də müzakirə ediləcək.

Adalet.az xəbər verir ki, bu barədə "Axios” nəşri sammitə hazırlıq mərhələsində iştirak edən 2 gizli mənbəyə istinadən informasiya yayıb.

Məlumata görə, bu məsələnin müzakirə predmeti olmaması üçün heç bir səbəb yoxdur. Tramp Koreya yarımadasının denüklearizasiyasına nail olmaq üçün istənilən addımı atmağa hazırdır. Sammitin gündəliyində əsas müzakirə mövzusu sayılmasa da, liderlərin bu məsələyə toxunacağı şübhə doğurmur.