adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyun 2018 13:07
12787
DÜNYA
A- A+

Yəməndə husilərə ağır zərbə: 40 ölü

Yəmənin Hudeydə bölgəsində husilərlə hökumət qüvvələri arasında qanlı toqquşma baş verib.

Adalet.az xəbər verir ki, toqquşmalar nəticəsində təxminən 40 husi öldürülüb, yaraqlılar strateji mövqelərindən geri çəkilməyə məcbur edilib.

Toqquşma zamanı Yəmən ordusunun da bir polkovniki həlak olub.

Qarşıdurmalar Taiz mahalında da yaşanıb. Hökumət qüvvələri radikal qruplaşmalarla bağlantılı olduğu müəyyən edilən silahlı dəstənin gizləndiyi evə basqın edib. Baş verən atışmada iqtidaryönlü Xalq Müqavimət Qüvvələrinin nüfuzlu liderlərindən Rıdvan əl-Adini də həlak olub.