Türk aviasiyası İraqı vurdu: 3 ölü
Türkiyə Silahlı Qüvvələri Şimali İraqın Zap və Hakurk bölgələrində hava əməliyyatı keçirib.
Adalet.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.
Məlumata görə, əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib.