adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Iyun 2018 11:29
8115
MƏMLƏKƏT
A- A+

Yağış Tovuza ciddi ziyan vurub

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.

Adalet.az APA-ya istinadla xəbər verir ki, nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

Rayon mərkəzinə elektrik enerjisinin verilişi dayandırılıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil keçiddə qalıb.

Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.