ANA SƏHİFƏ / GÜNDƏM

Müdafiə Nazirliyi Günnütlə bağlı açıqlama yaydı

13113    |   2018-06-09 16:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyanın sərsəm fikirlər səsləndirməsi ilk dəfə deyil”

Adalet.az-ın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur:

"Bu, növbəti dəfə erməni cəmiyyətini aldatmağa istiqamətlənmiş cəfəngiyyatdır. Cəmiyyətimizi düşmənin təxribatçı məlumatlarına uymamağa çağırıq”.

Qeyd edək ki, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook” səhifəsində bildirib ki, guya Azərbayacan tərəfi mülki sakinlərin qısa müddət ərzində Naxçıvanın Günnüt kəndində yerləşən qəbristanlığa getməsi üçün Ermənistandan icazə alıb.

Xatırladaq ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut” dağı və "Ağbulaq” yüksəkliyi , daha sonra isə "Qızılqaya” dağı və "Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək "Areni” qoyublar) nəzarət altına keçib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.



İmza:
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK