adalet.az header logo
  • Bakı 11°C
09 Iyun 2018 17:00
15108
İDMAN
A- A+

Millimizin rəqibinin prezidenti vəfat etdi

Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokrri vəfat edib.

Adalet.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 58 yaşlı veteran futbolçu bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.

Ürəyində ağır hiss edən F.Vokrri xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kosovo Millətlər Liqasındayığmamızla eyni qrupda mübarizə aparacaq.