adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Iyun 2018 16:49
27101
MƏDƏNİYYƏT
A- A+

Baba Vəziroğlu: "O qədər özünə bəstəkar deyən gənclər var ki..."

Müğənnilər musiqidən, bəstəkarlar da müğənillərdən şikayətlənir. Ya müsiqini yaxşı ifa edən müğənni azdır, ya da yaxşı musiqi yazan bəstəkar.

Moderator.az-a açıqlama varənəməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu gənc bəstəkarların bacarığından danışıb.

"Bəstəkarın gənci qocası olmur. Bəstəkarın müəyyən keyfiyyətləri var. Əgər mənə gənc deyiyimiz bəstəkar müraciət etsə ilk olaraq onun musiqi duyumuna, yazdığı musiqilərə baxaram. Gənc bəstəkarlarımız çoxdur. İşlədiklərim də var. Gənc bəstəkarların sayı az deyil sadəcə olaraq gözəl mahnı yazanların sayı azdır. Ona görə bizə elə gəlirki gənc bəstəkarlar azdır. Bəstəkarlar çoxdur. Hələ mən professionalları nəzərdə tuturam, o qədər özünü bəstəkar adlandıran gənclər var ki, onları demirəm.
Sovet dönəminə baxsaq, o zaman da bəstəkar az olub. Amma gözəl mahnılar yazan çox olub. Təəssüflər olsun ki, indi o cür gözəl yazan bəstəkarlarımız yoxdur.

Bu o demək deyil ki, peşəkar bəstəkarlarımız yoxdur"