Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Nazir müavini: Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib Adalet.az | Nazir müavini: Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Nazir müavini: Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib

10336    |   2018-06-09 16:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib.

Adalet.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Nəqliyyat və əlaqə" mövzusunda paneldə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, bu gün Azərbaycanın nəqliyyat sektorunun inkişafının əsasını infrastrukturun inkişafı, keyfiyyətin yüksəldilməsi və xidmətin əlçatan olması təşkil edir:

"Bu gün Azərbaycanda nəqliyyat sektorunun inkişafını müşahidə edirik. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkə Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri beynəlxalq nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da region üçün nəqliyyat və logistika sahəsində yeni imkanlar yaradır".

E.Vəlizadə qeyd edib ki, Azərbaycanda aviasiya sektorunun modernləşdirilməsi də davam etdirilir:

Bu gün Azərbaycanda 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Yeni təyyarələrin alışı və uçuş coğrafiyasının genişləndirilməsi planlaşdırılır".



İmza:
SON XƏBƏRLƏR
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK