adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
09 Iyun 2018 15:27
20695
KRİMİNAL
A- A+

Məhbus qardaşına narkotik aparan şəxs saxlanılıb

İstintaq təcridxanasına narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az- a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Bəşirov Fəyaz Süleyman oğlunun yanına görüşə gəlmiş qardaşı Xırdalan şəhər sakini Hüseynov Ramiz Süleyman oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan qəndin arasında siqaret kağızına bükülərək xüsusi üsulla gizlədilmiş 0,222 qram narkotik maddə - marixuana aşkar edilib.