adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Iyun 2018 14:24
22774
DÜNYA
A- A+

Əfqanıstanda Taliban hücumu - 20 polis öldürülüb

Əfqanıstanın şimalında Taliban silahlılarının hücumu nəticəsində ən azı 20 polis öldürülüb.

Adalet.az-ın məlumatına görə, insident Kunduz vilayətində gecə saatlarında baş verib.

Vilayət qubernatoru toqquşma nəticəsində 8 silahlının da öldürüldüyünü xəbər verib.

Qeyd edək ki, Əfqanıstan preizdenti Əşrəf Qani iyunun 11-dən 19-a qədər Ramazan bayramı münasibətilə Talibanla atəşkəs elan edib.