adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Iyun 2018 13:00
19507
DÜNYA
A- A+

Türkiyədə yeni qiyam təhlükəsi - Nazir etiraf etdi

"Türkiyənin daxilində təhdid yarada biləcək FETÖ hücrələri mövcuddur”.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir deyib ki, FETÖ subliminal mesajlarla çevriliş etmək üçün çağırışlar edir:

"Yeni qiyam, çevriliş planları var. Amma buna gücləri yoxdur. FETÖ sosial şəbəkələr üzərindən dəstək axtarışındadır. Xüsusilə Balkanlarda çox güclüdürlər. Biz də onların xaricdəki logistik mərkəzini aşkara çıxarmağa çalışırıq”, - deyə nazir vurğulayıb.