adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Iyun 2018 12:55
13998
SİYASƏT
A- A+

Ərdoğan: İraqın şimalı çox tezliklə terrorçulardan təmizlənəcək

İraqın şimalı, o cümlədən Qəndil çox tezliklə terrorçulardan tamamilə təmizlənəcək.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan bildirib ki, İraqın şimalı PKK terrorçuları üçün yuvadır:

"Əgər İraq hakimiyyəti bu bölgəni təmizləmək iqtidarında deyilsə, o zaman Türkiyə Silahlı Qüvvələri bu torpaqların terrorçulardan azad edilməsi üçün mümkün olan hər şeyi edəcək".