ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Erməni ağıllıdırmı?

6424    |   2018-06-08 22:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Fəbepsipa)


Ramiz İsmayıl

Kim deyirsə ki, erməni ağıllı millətdir, elə onun özü ağılsızdır. Niyə? Deyim də-ə! Dilimizdə əzbər olan bir deyim var "erməni deyir musurmanın sonrakı ağlı məndə olaydı". Erməni necə ağıllı ola bilər ki, "musurmanın sonrakı ağlına " möhtacdır? Gəlin bu sözlərə bir az başqa "rakurs"dan baxaq. Yəni ki, biz erməniyə əsrlər boyu "uduzmuşuq". Bəlkə də "Uduzmuşuq"dəqiq səslənmir, daha münasib ifadə tapmaq olar. Bu ifadəni tapana qədər orasını deyim ki, iş-işdən keçəndən sonra deyirik: "gərək belə eləməyəydik". Bax erməni biz bu "gərəyi" deyəndən sonra "sonrakı ağlımızın" həsrətini çəkir. Amma binəvalar hələ də ağıllanmayıblar. Yaxşı ki, ağıllanmayıblar. Yaxşı ki, elə tarixən ağılsız olublar.
Bir halda ki, Qara keşiş Əslini Kərəmə verməyib erməniyə mən necə "ağıllıdır deyə bilərəm. Bu qapqara yanmış Qara məlik Əslini Kərəmə versəydi nə olardı?
Versəydi Mahmud dönüb Kərəm olmazdı. Qara Məlik də köçünü gecənin birində köçürdüb didərgin düşməzdi. Kərəm də lələsi ilə birlikdə Qara keşişin köçünün ardınca gedib çobana rast gəlməzdi. Çoban da onu lağa qoyub deməzdi ki, mənim qoyunlarımın oturuşunun, duruşunun təhər-töhrü sənin nə azarına qalıb? Nəhayət çoban başa düşəndə ki, Kərəm Qara Məliyin köçünün "buralardan keçib-keçmədiyini soruşur, tütəkdə başa salır ki, bəs deməzsənmi, Qara Məliyin köçü bir həftə bundan qabaq burdan keçib".
Əlgərəz Kərəmlə lələ "Ərzurumun gədiyinə varanda görürlər ki, Bürəm-bürəm qar gəlir. Lələ deyir gəl bu yoldan qayıdaq", ona nə var ki, sevmir eləmir. Qarda, boranda nə ölümü var? Kərəm də deyir: "geri dönmək namusuma ar gələr". Nə isə! Namusa boğulub gedirlər Əslini axtarmağa. Uzun söhbətdi, vaxtınızı almıram, tapırlar. Qovuşmağa lap az qalmış Əslinin düymələri andır açılmır ki, açılmır. Açılsaydı nə olacaqdı?
Təsəvvür edin. Əslinin düymələri açılır (yəni xalatının düymələri). Kərəmlə Əslinin izdivacına Qara Məlik insafa gəlib mane olmur. Sonra nə baş verir? Əsli Kərəmə Karapet, Ayrapet, Cartarapet, Parapet, nə bilim nə qədər "Pet"doğur. Bu "Pet"lər də böyüyüb nə eləyirlər? Daha burasını da mən deyəsi deyiləm ki?!
Əsli boş dayanmır. Dalbadal Siranus, Haykanuş, Maykanuş dünyaya gətirir. Salamat böyüməmiş bu "quşlar" da yekələnib necə-necə mahmudları Kərəm eləyirlər. Bu Kərəmlərdən də aşotlar, aramlar olur (Bizim də yeyib-içdiyimiz haram olur). Gəncə boyda xanlıq Qara Məliyin qor-qoduqlarının dədə-baba yurduna çevrilir.
Di gəl gör bu axmaq hayes nə elədi? Əslini Kərəmə vermədi. Kərəmi itirdik, o, eşq oduna yandı, kül oldu. Bizə bu nakam məhəbbətdən bir "Əsli və Kərəm" dastanı və operası, "Yanıq Kərəmi" və bir neçə saz havası qaldı. Erməni nə qazandı?"Pındıq qabığı".
Aylar, illər, əsrlər dolandı, erməni dığaları Azərbaycan torpaqlarında daha geniş və gözəl ərazilərində məskunlaşdılar. Bunu da nə yolla eləyirlər, məlumdur. Daha bunun tarixi, ictimai-siyasi tərəfində işim yoxdur. Yenə erməni sərsəmliyi başlayır. "Qarabağ bizimdir". Ay sənin yiyən ölsün, ay səni ağlar günə qal, ə-ə, dığa köpəyoğlu, sənin idi də Qarabağ. Diri ikən cənnətdə yaşayırdınız. Dindirən yox, dolaşan yox, gözün üstə qaşın var deyən yox! Yaşa də-ə, murdar donuz!
Qızlarınız ən qəşəng oğlanlarımızın, ən tuz kişilərimizin ya arvadı idi, ya məşuqəsi. Daha nə istəyirsiniz nankor dığalar? Azərbaycanın ən səfalı yerlərində yaşayırdınız. Bakı da daxil olmaqla ən gözəl şəhərlərdə, şəhərlərin ən yaxşı yerlərində eviniz-eşiyiniz var idi. Ən yaxşı vəzifələrdə işləyirdiniz. Su sonası kimi Azəri qızları katibə işlədiyiniz idarələrimizdə ayağınızın altını süpürürdülər (bizim biqeyrətlərin sayəsində). Ən savadlı, istedadlı oğul və qızlarımız sizin zirzəmilərdə kirayədə yaşaya-yaşaya təhsil alırdılar. Siz isə orta məktəbdən tutmuş MK-ya, Nazirlər sovetinə qədər bütün yaxşı vəzifələrdə işləyirdiniz. Qarnınız götürmədi. Bu boyda Respubilka sizin əlinizdə idi, a qudurğanlar, "əmmə quzu" kimi, əmirdiniz məmləkəti. Əlinizdən çıxdı hay-küy salıb şivən qopartmasaydınız indi də, xımır-xımır yiyirdiniz. Necə ki, adını familyasını dəyişdirib "Azərbaycanlı" olanlar yenə də yağ-bal içində "üzürlər". Qarabağa "Artsax" deyib yiyə durmaq iştahı ilə ayağa qalxan ermənilər Azərbaycan boyda yağlı tikəni itirdilər. Onsuz da bu yağlı tikə sizin idi ay avamlar, ay sizə ağlı var deyənlərin ağılsız ermənləri. Ağıllılar budu ey-y yenə Bakının göbəyində yaşayırlar. Deyilənə görə, Bakıda otuz mindən çox erməni yaşayır. Görüm onların mundar sifətlərinə "püf" deyən varmı? Yenə də ən mötəbər, ən "prestijni" işlərdə işləyirlər. İndi bilmirəm "Qarabağ bizimdi"deyən, yerindən yurdundan olan erməniyə ağılı deyim, yoxsa ad-familyasını dəyişib Azərbaycanda süd gölündə üzən erməniyə?!
Onu-bunu bilmirəm, amma qayıdıb gəlsəniz gözümüz üstə yeriniz var. Biz sizin kimi kinli-küdurətli deyilik. Gəlin! Birinci dəfə deyil ki, namərdliyiniz bağışlanır. Gəlin, şirkətlərdə xanım işçilərə ehtiyac var. Gəlin də-ə! Bir göz qırpmında işiniz olacaq. Bizdən qazandıqlarınız, sizdən qalanlar yenə vəzifə başındadırlar. Heç bir çətinliyiniz olmayacaq.
Musiqimizi, mətbəximizi, mədəniyyətimizi oğurlayıb özünüzünkü kimi iddia edirsiniz. Xətrinizə dəyən yoxdu ki? Beynəlmiləlçiliyimizi, taleyrantlığımızı, qonaqpərvərliyimizi də oğurlayın, unutqanlığımız, da.
Gəlin! Yenə sizin olacaq torpağımız da, oğlanlarımız da, meyvə bağlarımız da, qarpız-yemişimiz də, badımcanımız, xiyarımız da sizin olacaq.
Tak şto, fikirləşin! Başınız varsa başsızlıq eləməyin. Qayıdıb gəlsəniz tək gözümüz üstə yox, hər şeyimiz üstə yeriniz olacaq.
Bir milyon qaçqınla üz-üzə gələndə utanıb eləməyin. Onlar üçün salınan qəsəbə və şəhərciklərdə ev də ala biləcəksiniz.
P.S. Bu yazı fəbepsipa janrında yazılıb. Yeni janrdı: f-fəlsəfi, ə-ədəbi, b-bədii, p-publisistik, s-siyasi, i-içtimai, p-psixoloji, a-araşdırma sözlərindən yaranıb. Əcaib səslənsə də qəbul edəcəyik. Axı biz əcaibliyə öyrəncəliyik.
Diqqət: P.S. də imzadan əvvəl yazılmışdır. Bu da "janrın tələblərindən" irəli gəlir.
P.P.S. Mən ermənilərin ağıllı olmalarına şübhə edirəm. Siz necə?!



İmza:
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK