ANA SƏHİFƏ / MARAQLI

GÜNÜN LƏTİFƏSİ

7135    |   2018-06-08 19:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tələbəliyində Fazil Mustafa təkcə futbol oynamırdı, həm də ağırlıq qaldırma idmanı ilə də məşğul idi. Yarış gedir. Bildiyiniz kimi ağırlıq qaldırmada üç cəhd var. Yəni birinci dəfə qaldıra bilməsən, əlavə iki dəfə sənə imkan verirlər. Və yaxud birinci dəfə istədiyini qaldırmısansa, ikinci, üçüncü dəfə çəkini artıra bilərsən.

Yarış gedir. Fazil yaxınlaşır ştanqa deyir:

- Ya Əli!

Ştanqı qaldırır, alqışlanır.

İkinci cəhddə çəkini beş kiloqram artırır. Yaxınlaşır ştanqa və yenə deyir:

- Ya Əli!

Yenə qaldıra bilir və alqışlanır. Üçüncü cəhd. Çəkini beş kiloqram artırsa və qaldıra bilsə, çempion olacaq. Ştanqa əl atır və yenə deyir:

- Ya Əli!

Bu dəfə qeybdən bir səs gəlir:

- Ay oğul, bir dəfə də özün qaldır dana!



İmza:
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK