adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Iyun 2018 11:57
7455
HADİSƏ
A- A+

81 Azərbaycan vətəndaşı Gürcüstanda həbsdədir

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 81 nəfərdir.

BakuPost apa-ya istinadən xəbər verir ki, Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinin məlumatına görə, bu ilin aprel ayına olan məlumata əsasən, qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 18-i təqsirləndirilən şəxs, 63-ü isə məhkumdur.

Təqsirləndirilənlərin hamısı kişi, məhkumların isə 59-u kişi, 4-ü qadındır.

Azərbaycan vətəndaşları Gürcüstanda həbs cəzası çəkən əcnəbilərin 16,2%-ni təşkil edir.

Gürcüstan həbsxanalarında ümumilikdə 501 xarici ölkə vətəndaşı saxlanılır. Onların arasında saya görə Türkiyə vətəndaşları (129 nəfər) birinci yerdədir.

Qonşu ölkənin həbsxanalarında saxlanılan Rusiya vətəndaşlarının sayı 51, İran vətəndaşlarının sayı 61, Ermənistan vətəndaşlarının sayı isə 31 nəfər təşkil edir.