adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Iyun 2018 11:46
12714
İDMAN
A- A+

Argentinanın futbolçusu məşqdə zədələndi, DÇ-2018-ə gedə bilməyəcək

İngiltərənin "Vest Hem" klubunun və Argentina milli komandasının futbolçusu Manuel Lansini Rusiyadakı dünya çempionatında iştirak edə bilməyəcək.

Adalet.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi zədə səbəbindən mundialdan kənarda qalacaq.

Futbolçu məşq vaxtı sağ ayağından xəsarət alıb. Tibbi müayinə nəticəsində ona ön diz bağlarının yaralanması diaqnozu qoyulub. Manuel Lansini, böyük ehtimalla, 2018-2019 mövsümünün əvvəlini də buraxmalı olacaq.

Qeyd edək ki, Manuel Lansinini hansı futbolçunun əvəzləyəcəyi hələlik məlum deyil.