adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
09 Iyun 2018 11:26
20250
MARAQLI
A- A+

Dünyanın ən böyük süni mərcan rifi yaradılacaq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra əmirliyinin sahillərində dünyanın ən böyük süni mərcan rifi yaradılacaq.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, bu layihə BƏƏ-nin Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Süni yolla yaradılan rif layihəsi dəniz flora və faunasının qorunması, balıq populyasiyasının artırılması, eləcə də turizmin inkişafı məqsədi daşıyır.

Hələlik mərcan rifinin dəqiq yeri məlum olmasa da, onun sahildən təxminən 2 kilometr aralıda yerləşəcəyi bildirilir.