adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Iyun 2018 11:08
14920
DÜNYA
A- A+

Tramp xarici səfərlər zamanı dincəlmək istəyir

Tramp onun seçki kompaniyasının Rusiya ilə gizli əlaqələri haqda aparılan təhqiqatı "Rusiya ilə əlaqəli qaralama kampaniyası” adlandırıb.

Adalet.az Donald Trampın "Tvitter” hesabına istinadən xəbər verir ki, ABŞ prezidenti xarici ölkələrə səyahəti zamanı bu qaralama kampaniyasından dincəlməyi planlaşdırır.

ABŞ lideri əvvəlcə Kanadaya G7 sammitinə və sonra da Sinqapura Şimali Koreya lideri ilə görüşə gedəcək.

Həmin səfərlər zamanı Tramp "Rusiya ilə əlaqəli qaralama kampaniyasından dincələcəyini qeyd edib.

"Kanadaya G7 sammitinə yola düşürəm. Burada böyük ehtimal diqqət mərkəzində ABŞ-a qarşı ədalətsiz ticarət praktikası olacaq. Oradan Sinqapura Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı danışıqlar aparmaq üçün gedəcəm. Bu müddət ərzində "Rusiya ilə əlaqəli qaralama kampaniyasından da dincəlmiş olaram” – deyə Tramp öz hesabında yazıb.

Qeyd edək ki, G7 sammiti iyunun 8-də Kanadanın La-Malbe istirahət şəhərciyində baş tutacaq. Sinqapurda Şimali Koreya lideri ilə ABŞ prezidentinin tarixi görüşü iyunun 12-ə planlaşdırılıb.